top of page

Bloq

əsas səhifə>

bloq

ŞİFAHİ TƏRCÜMƏ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

  • Writer: Tesla Tərcümə Mərkəzi
    Tesla Tərcümə Mərkəzi
  • Dec 15, 2025
  • 4 min read

ŞİFAHİ NİTQ ZAMANI TƏLƏB OLUNAN KEYFİYYƏTLƏR ŞİFAHİ NİTQ VƏ TƏRCÜMƏNİN TƏRTİBİNDƏ ONUN ÇATIŞMAYAN CƏHƏTLƏRİ


Tərcüməçinin fəaliyyəti şifahiyazılı olmaq etibarilə iki cür olur. Şifahi tərcümə ilə yazılı tərcümə bir-biri ilə üzvi surətdə bağlıdır. Yazılı tərcümənin xüsusiyyətlərini, onun əsaslarını bilməyən bir adam şifahi tərcümə zamanı müvəffəqiyyət qazana bilməz. Şifahi tərcümə vərdişlərinin əksəriyyətini o, yazılı tərcümə vaxtı mənimsəyir. Şifahi tərcümə ilə məşğul olan tərcüməçinin çətin

şifahi tərcümə , sinxron və ardıcıl

psixoloji fəaliyyətinin əsas cəhətləri bunlardır: tərcümə olunacaq materialın qavranılması, onun dərk edilməsi (başa düşülməsi) , xüsusi tərcümə vərdişləri, orijinalın, digər dilin vasitələri ilə verilməsi. Xüsusilə şifahi tərcümə zamanı, cümlələrin, ifadələrin təkrarı üçün imkanın olmadığı şəraitdə tərcüməçinin yaddaşı böyük əhəmiyyət kəsb edir. Qavrama və dərk etmə. Şifahi tərcümə zamanı mətnin tərcüməçi tərəfindən düzgün eşidilməsi əsas amillərdəndir. Danışan şəxsi gözlə görmək, yaxud bununla yanaşı nitqi reproduksiya vasitəsi ilə mənimsənilməsi tərcüməçinin işini xeyli asanlaşdırır. Şifahi tərcümənin xüsusiyyətlərindən biri də budur ki, bu vaxt material uzun-uzadı təhlil olunmaq imkanından məhrumdur və o, müəyyən qədər avmomatizm və eşidilən səs materialının ani surətdə qiymətləndirilməsini tələb edir. Bütün bunlar şifahi nitqin yazılı tərcümə materialına nisbətən asan quruluşa malik olmasına baxmayaraq onun tərcüməsini çətinləşdirir. Şifahi tərcümə zamanı nitqin aydın və səlis olması danışanın tələffüzünün düzgünlüyü əsas şərtlərindəndir. Beləliklə şifahi nitqi düzgün başa düşmək üçün fonetik cəhətdən düzgün qurulmuş və nisbətən surətli nitqi bilmək lazımdır. Bu xüsusiyyət emfatik səslərlə zəngin olan dilinə daha çox xasdır. Şifahi tərcümə zamanı nitqin qısa müddət ərzində söylənməsi və onun təkrar olunmaması kimi çətinliklər müəyyən mənada nitqin qavranılmasının və mənimsənilməsinin onun dərk edilməsi ilə qovuşduğu vaxt aradan qaldırıla bilər. Xarici nitqin müvəffəqiyyətlə tərcümə olunması üçün onun bilavasitə dərk olunub başa düşülməsi zəruri amillərdəndir. Əlbəttə, nitqin tamamilə qavranılıb dərk olunması onun xarakterindən də çox asılıdır. Materialın süjeti mövzusu maraqlıdırsa, tərcüməçinin beynində təfəkkür prosesi güclənir və onun diqqəti asanlıqla nitq ətrafında toplaşır. Əks halda tərcüməçi əlavə səy və qüvvə göstərməli, bütün iradəsini səfərbərliyə almalıdır. Şifahi tərcümədə diqqətlilik tərcüməçinin söykəndiyi əsas amillərdəndir. Tərcümənin sürətini axıcılığını zəiflədən amillərdən biri də nitqdə ayrı-ayrı söz və ifadələrin tərcüməçi tərəfindən dərk edilməməsidir. Məhz buna görə şifahi tərcümə ilə məşğul olan tərcüməçinin söz bağajı çox zəngin olmalıdır. Tərcüməçi az-çox müvəffəqiyyətli tərcümə etmək üçün orijinalın əsas sözlərinin mənasını bilməlidir. Əlbəttə, bu heç də o demək deyildir ki, o, qalan sözlərin mənasını bilməyə bilər. Məlum olduğu kimi hər bir söz mətnə bir cür rəng verir. Xarici nitqin dərk edilməsi onun əsas məna daşıyıcısı olan sözlərinin mənasının leksik-qrammatik vəhdətdə müəyyənləşdirilməsidir. Tərcüməçi, xüsusilə özünün gələcəkdə işləyəcəyi sahədə buna ciddi surətdə hazırlaşmalıdır. Məsələn: əgər tərcüməçi tibb sahəsində işləyəcəksə, tutaq ki, «iltihab», «soyuqdəymə», «şpris» və s. kimi adi sözlərlə yanaşı, yüzlərlə tibbi terminləri texnika sahəsində işləyəcək tərcüməçi isə müxtəlif alətlərin, hissələrin, cihazların, dəzgahların adlarını, əməliyyatları bilməlidir. Nitqdə (tərcümədə) əsas sözlərdən başqa digər qrup sözlər də vardır ki, bunlar da xüsusi diqqət tələb edir. Bu qrup sözlər adətən çətin mənimsənilir, işlədilməsində dialektlə bağlı problemlər meydana çıxır. Belə sözlərə misal olaraq birinci növbədə sayları göstərmək lazımdır. Təcrübə göstərir ki, ikiədədli xüsusilə üç və dördədədli sayların qavranılıb, ifadə edilməsi çətin olur. İbri dilində mürəkkəb sayların isimlə işlədilməsi qaydalarının müxtəlifliyi bu çətinliyi daha da artırır. Bundan əlavə həftə günlərinin, ayların adlarını yaxşı mənimsəmək lazımdır. Yuxarıda qeyd edildi ki, şifahi nitqin ayrı-ayrı elementləri tam surətdə dərk edilməzsə, tərcüməçi heç olmazsa, ümumi mənanı, yaxud ifadə və ibarələri bilməlidir. Bunun üçün də cümlənin sintaktik qrammatik quruluşunu bilmək zəruridir. Əlbəttə, dilin qrammatikası tərcüməçinin fəaliyyətə başlamasından çoxçox əvvəl öyrədilir. Buna görə də yazılı tərcümə zamanı xüsusi ifadələr, hətta ayrı-ayrı cümlələr bütövlükdə öyrədilir. Burada bütöv sintaktik konstruksiyalar əsas götürülür. Bundan başqa sözlərin böyük dəyişikliklərə uğraması öz formasını həm yazıda, həm də nitqdə dəyişməsi, tələffüzün kəskin dəyişmələrə məruz qalması, bəzi samitlərin tələffüz belə olunmaması yeni hərflərin meydana çıxması böyük çətinliklər törədir. Buna görə də tərcüməçi işləyəcəyi ölkənin dialekti ilə, onun əsas xüsusiyyətləri ilə əvvəlcədən tanış olmalı, əsas ifadə və ibarələri öyrənməlidir. Şifahi tərcümə zamanı nitqin təkrarolunmazlığı tərcüməçinin yaddaşının yaxşı olmasını tələb edir. Yadda saxlamanın əsas mərhələlərinin öyrənilməsi nitqi qəbul edərkən tərcüməçinin çətinliklərinin aradan qaldırılmasına kömək edə bilər. Tərcüməçinin fəaliyyəti daima iki dil ilə bağlıdır. Tərcüməçi insanın fikirlərini başa düşməli, yadda saxlamalı və digər dildə əks etdirməlidir. Şübhə yoxdur ki, burada mexaniki deyil, mənaya görə yadda saxlamaya əsaslanan şifahi-məntiqi yaddaş əsas rol oynayır. Qeyd etdiyimiz kimi nitqin başa düşülməsi tərcümənin əsasını təşkil edir. Nitqi başa düşmədən onun məzmununu formalaşdırmaq, beləliklə də tərcümə etmək mümkün deyildir. Nitqi mənaya görə yadda saxlamaq müvəffəqiyyətli tərcümə etmək üçün əsas şərtdir. Nitqin mənaya görə yadda saxlanılmasını asanlaşdıran, bu prosesə kömək edən amillər hansılardır? Bu amillərdən biri yuxarıda qeyd olunmuşdur ki, bu da materialda göstərilən maraqdır. Əlbəttə, tərcümə olunacaq material öz məzmunu və mənasına görə tərcüməçini cəlb edirsə, onun diqqəti istər-istəməz nitq ətrafında mərkəzləşir. Nitqin yadda saxlanılması müxtəlif xarakterli ola bilər: uzun müddət üçün, həmişəlik, qısa müddət üçün. Müxtəlfi termin və sözlərin frazeoloji birləşmələrin öyrənilməsi, yadda saxlanılması «Həmişəlik» olursa, şifahi nitqin tərcüməsi zamanı bu xüsusiyyət o qədər də əhəmiyyət kəsb etmir. Şifahi tərcümənin bəzi növləri, məsələn: müəyyən bir nümayəndə heyətinin müşayiət olunması zamanı, nitqin tam, dəqiq, eyni zamanda ardıcıl yadda saxlanılması tələb olunur. Təcrübə göstərir ki, nitqin başa düşülməsi onun yadda saxlanılması üçün əsas şərtdir. Təxminən 30-40 sözdən ibarət şifahi nitq mətnin, yaxud onun əsas məzmununun yazılı şəkildə qeyd olunması zərurətini törətmir. Əsas məna və məzmunun unudulması onu göstərir ki, tərcüməçi öz diqqətini əlavə, az əhəmiyyət kəsb edən faktlar ətrafında cəmləşdirmişdir. 50-60-dan artıq sözü əhatə edən teksti yadda saxlamaq çox vaxt bir dəfə eşitməklə mümkün olmur. Burada ümumi mətnin əsas mənalara görə qruplaşdırılaraq, yazılı şəkildə qeyd olunması tərcüməçinin köməyinə gəlir. Belə qruplar arasında hökmən ümumi əlaqə olmalı və yaddaşa kömək məqsədilə onlara müəyyən başlıqlar qoyulmalıdır. Belə başlıqlar tərcümə üçün dayaq nöqtələri adlanır və adətən yalnız tərcüməçi üçün aydın olan müxtəlif formalar ola bilər. Lakin həcmcə böyük olan materialı mənaya görə qruplaşdırmaq, başqa sözlə dayaq nöqtələri tapmaq çətin olur.




 
 
 

Comments


tercume merkezi elae
bottom of page