top of page

Bloq

Search
  • Writer's pictureTesla Translation

Tərcüməçi kimi ilk addımlar...

Updated: Oct 27, 2022

Tərcümədə ilk addımlar

Yeni başlayanlar tərcümə sahəsində özlərini necə inkişaf etdirməlidirlər?


  • Tərcümə üçün ilk addımlar


  • Gənc Tərcüməçilər üçün Yol Bələdçisi


Tərcüməçilik çox çətin və çoxşaxəli bir peşədir. Bizim işimiz güman edildiyi kimi tərcümə edib "arxada oturmaq" deyil. Başqa bir yanlış fikir ondan ibarətdir ki, bir müddət sonra müəyyən sahələrdə təcrübə qazandıqda hər şey daha asan olacaq. Tərcümə zəhmət tələb edən iş deyil. İntellektual fəaliyyəti önəmli olan peşələrdəndir. Bizim işimiz dünyada ünsiyyətin davamını təmin etməkdir. İki dil arasında ünsiyyət çatışmazlığı yaradacaq hər cür faktoru aradan qaldırmaq və insanları eyni nöqtədə bir araya gətirməkdir.


İlk növbədə sizə tərcümə üçün layihə verən sifarişçi mükəmməl bir iş istəyir. Belə bir tələb əsassız deyil. Çünki dünyanın bir çox şirkətləri tərcüməçilər vasitəsilə dünyanın müxtəlif yerlərindəki qurumlarla əlaqə saxlayaraq biznes qururlar. Tərcüməçinin etdiyi ən kiçik səhv bütün əlaqələri başlamazdan əvvəl bitirə bilər. Bu baxımdan tərcüməçilərin işi son dərəcə vacibdir.


Tərcümə peşəsində öyrənmək heç vaxt gec deyil və yaş həddi yoxdur.

Elmi-informasiya inkişafı dediyimiz konsepsiya 300-400 il bundan əvvəl daha ləng baş versə də, bu gün inkişafın olmadığı "gün" demək olar ki, yoxdur. Demək olar ki, hər sahədə çoxlu inkişafl var və buna uyğunlaşmaq lazımdır lazımdır. Məsələn, bir həkim-kardioloq yalnız kardiologiya ilə əlaqəli öyrənmə və inkişaf prosesini izləyir. Tərcüməçi isə bir çox sahədə təcrübə qazana bildiyi üçün o, həmin sahələri bilməli və müəyyən bir plan çərçivəsində öyrənmə prosesini izləməlidir. Tərcümə etdiyiniz sahələri özünüz araşdırmalısınız. Heç kim xüsusi olaraq tərcüməçilər üçün bu şəkildə təlim və ya konfrans vermir.


Tərcümə işində birdən çox ixtisas sahəsində tərcümə etmək bacarığına çata bilərsiniz. Bununla belə, təcrübə sahələrinizin həddindən artıq olması öyrənmə prosesinizə mənfi təsir göstərə bilər. Mövzunu bir misalla izah edək; Siz texniki sahədə tərcüməçisiniz. İl ərzində bu sahədə çoxlu biliklər əldə etmisizniz . Geniş bilik tələb edən bu tərcümə növündə yeniliklərə əməl etmədiyiniz hallarda tərcümələriniz natamam ola bilər. Bu, tərcümə etdiyiniz sifarişçiyə mənfi təsir göstərə bilər.


Araşdırmanı sevirsinizsə, tərcümə sizin üçündür

Sahəmizdə araşdırma aparmaqla yanaşı, intellektual düşüncə da vacibdir. Yalnız müəyyən etdiyimiz sahə ilə bağlı araşdırmalar aparmaq bizi geridönməz bir dairəyə salır. Bəzən tərcümələrdə çox yönlü bilik bazasına ehtiyac duyulur. Xüsusilə ədəbi əsərlər bu istiqamətdə araşdırma tələb edir. Məsələn, tutaq ki, siz kriminal sahədə ədəbi əsər tərcümə edirsiniz. Belə romanlarda polisdən başqa bir çox texniki elementlər, sözlər var. Bu nöqtədə bilmədiyiniz sözləri araşdırmaq çox vacibdir. Texniki sözün mənim sahəm olmadığını söyləmək tərcüməçi üçün qeyri-peşəkarlıq kimi qiymətləndiriliə bilər.


Sizin intellektual səviyyəniz burada təkcə ədəbi düşünmək deyil, həm də yeri gələndə elmi düşünmək üçün ön plana çıxır. Özünüzü nə qədər təkmilləşdirsəniz, tərcümələriniz bir o qədər yaxşı olacaq. Tərcümənin əsas inqrediyentlərindən biri də sevgi ilə araşdırmadır.


Mütaliə vərdişlərinin də tərcüməyə böyük təsiri var. Siz təkcə öz sahəniz haqqında oxumamalısınız. Əlavə bilik sizi daha inkişaf etmiş və lazəmlı edir. Bundan əlavə, tərcümə işlərinizə geniş perspektivdən baxmaq şansı əldə edirsiniz.


Mədəniyyət sahələrini bilmək vacibdir

Təəssüf ki, təkcə dil bilmək kifayət deyil. Axı bizim işimiz hərfi tərcümə etmək deyil. Əgər belə olsaydı, maşınlar bunu insanlar üçün deyil, bizim üçün edərdi. Biz mədəniyyətlərarası ünsiyyətin davam etdirilməsi üçün çalışırıq. Dil bilmək ilk addımdır. İkinci addım hər iki dilin mədəniyyətini mənimsəməkdir. Bəs niyə assimilyasiya etməliyik? Mətni mənbə dildən hədəf dilə çevirərkən mədəni fərqliliklərə diqqət yetirməsək, tərcüməmiz natamam olacaq və hədəf dildə mədəni anlaşılmazlıqlara səbəb ola bilər. Mənbə dildə deyilən söz kobud və yanlış səslənməsə də, birbaşa hədəf dildə tərcümə etdiyiniz zaman bu, kobud və səhv ifadə və ya söz ola bilər. Bu baxımdan biz tərcümə edərkən mütləq mədəni mərhələyə diqqət yetirməliyik.


İkidilli olmaq

İki dilə sahib olmaq bütün sahələrin daxililəşdirilməsi deməkdir. Yuxarıda mədəniyyət sahəsi haqqında yazdıq, ancaq qrammatika ilə bağlı özünüzü öyrətməyiniz istisna olmaqla. Siz həm öz dilinizin, həm də tərcümə etdiyiniz dilin qaydalarını qəbul etməlisiniz. Hər şeydən əvvəl öz dilinizin qaydalarını öyrənməlisiniz. Əgər bilmirsinizsə, başqa dilin qaydalarını bilmək sizə heç nə qazandırmaz. Üstəlik, dilinizin qaydalarını mənimsəməsəniz, xarici dilin qaydalarını öyrənmək sizin üçün son dərəcə çətin olacaq.


© Tesla Trasnlation Center



21 views0 comments

Yorumlar


bottom of page